Türkiyədə növbəti dəfə terror aktı baş verib ölən və yaralananlar var

Türkiyədə növbəti dəfə terror aktı baş verib ölən və yaralananlar var

Türkiyənin Şırnak vilayətində terror aktı baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə PKK terror təşkilatına qarşı keçirilən anti-terror əməliyyatları zamanı baş verib.

Təhlükəsizlik qüvvələrinin ərazidə keçirdiyi axtarış zamanı terrorçuların yolda quraşdırdıqları partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 3 əsgər şəhid olub, 5-i yaralanıb.

Yaralı əsgərlər Şırnak dövlət xəstəxanasına yerləşdiriliblər. Bölgədə əməliyyatın davam etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə