Rusiyadakı metro partlayışında yaralanan 2 nəfər xəstəxanada vəfat edib
Sankt-Peterburq metrosunda partlayış zamanı yaralanmış iki nəfər xəstəxanada keçinib. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, bu barədə Mariinsk xəstəxanasından məlumat veriblər. Bildirilib ki, həmin şəxslər klinik ölüm vəziyyətində olublar.
Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 14.30-da metronun "Texnoloqiçeskiy institut-2" və "Sennaya ploşad" stansiyaları arasında partlayış baş verib. Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB