Pakistanda məbəd keşikçisi terrorçuluqda günahlandırılır

Pakistanda məbəd keşikçisi terrorçuluqda günahlandırılır

Pakistanın Pəncab əyalətinin Sarqodha şəhərində bir neçə gün əvvəl 20 dindarı öldürən məbəd keşikçisi terrorizm və kütləvi qətldə günahlandırılır. Pakistan mətbuatının verdiyi məlumata görə, sufi məbədinin keşikçisi Abdul Vahid dindarları məbədə çağırıb və onlara tərkibində narkotik maddə olan yemək verib. Bundan sonra keşikçi onları ağacla döyüb və xəncərlə öldürüb.

Qətlə yetirilənlərin 17-si kişi, 3-ü qadındır.

Qanlı hadisə ilə bağlı istintaq aparılır. Polisin məlumatına görə, keşikçinin ruhi xəstə olması haqda məlumat var.

Bütün xəbərlər Facebook səhifəmizdə