"Sankt- Peterburq metropolitenində baş verən partlayış yüksək səviyyədə planlaşdırılmış hadisədir". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Alfa" qrupu Beynəlxalq Veteranları Assosiasiyasının prezidenti Sergey Qonçarov açıqlamasında deyib.
Partlayış gücünün 100 qram trotil ekvivalentini keçdiyini deyən S. Qonçarov hadisəni olduqca yaxşı planlaşdırılmış aktı kimi qiymətləndirib: "Çəkilən fotoşəkillərə əsasən partlayış gücü 100 qram trotil ekvivalentini keçib. Bu terror hücumudur. Lakin məlumat hələ rəsmi olaraq təsdiqlənməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB