Türkiyədə xəstəxanada yanğın olub

Türkiyədə xəstəxanada yanğın olub

Türkiyənin Diyarbəkir vilayətindəki Dicle Universiteti Tibb Fakültəsi Xəstəxanasında yanğın baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xəstəxananın radiologiya şöbəsində başlayan yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb. Xəstəxanadakı xəstə və onları müşayiət edən şəxslər təxliyə ediliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Əraziyə xilasedici və yanğınsöndürmə briqadaları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə