Ötən ilin 15 iyul qiyamında Türkiyə Böyük Millət Məclisinin binasına xidmətindəki F-16 təyyarəsi ilə bomba yağdıran kapitan pilot Hüseyn Türkün ifadəsi yayılıb. Axar.az xəbər verir ki, Türk açıqlamasında terrorla mübarizə əməliyyatı aparıldığını zənn etdiyi üçün parlament binasına bomba atdığını bildirib. O qeyd edib ki, tabeçiliyindəki hərbi təyyarədə 6 bomba olub. Öncədən verilən təyinat üzrə 4 bombanı şəhər kənarındakı hədəflərə, 2 bombanı isə parlament binasına atıb.
Qeyd edək ki, 15 iyuldan 16 iyula keçən gecə H.Türk F-16 qırıcısı ilə parlament binasına 2 bomba atıb. Nəticədə 32 nəfər ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB