Serbiyada prezident seçkiləri keçirilir

Serbiyada prezident seçkiləri keçirilir. SİA-nın verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00) başa çatacaq.

Serbiya Konstitusiyasına əsasən səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır. Prezident postuna əsas favorit hazırkı Baş nazir Aleksandar Vuçiç hesab edilir.

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə