Misirin Tanta şəhərində partlayışın törədilməsi nəticəsində 16 nəfər yaralanıb. Axar.az xəbər verir ki, hadisə kursant polislərin təlim keçdiyi düşərgənin yaxınlığında baş verib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Hələlik partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB