İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin sağ qolu sayılan Hamid Cumayli İraqın qərbində öldürülüb. Bu barədə İraq dövlət televiziyası kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb. "Hərbi Hava Qüvvələrinə aid təyyarələr İraqın qərbində - Əl Kaim bölgəsində İŞİD rəhbərlərinin olduğu qərargahı hədəf alıb. Cumayli ilə yanaşı, daha 2 yüksək rütbəli terrorçu da məhv edilib", - məlumatda bildirib.
Qeyd edək ki, Cumayli İŞİD-in "Müharibə naziri" kimi tanınırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB