Mövlud Çavuşoğlu: Türkiyə ordusu Suriyada qalacaq

Mövlud Çavuşoğlu: Türkiyə ordusu Suriyada qalacaq

Türkiyə ordusu Suriyada yerli qüvvələr ölkədəki situasiyanı tam nəzarət altına almayana qədər orada qalacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. O, həmçinin Ankaranın ABŞ-ın PYD ilə əlaqəsindən narahat olduğunu bildirib: "Onlar deyirlər ki, əgər PYD ilə birgə fəaliyyət olmasa, Suriyaya əlavə qüvvələr göndərməli olacaqlar. Məncə, ABŞ PYD-nin Rusiyanın nəzarətinə keçəcəyindən qorxur".

Bütün xəbərlər Facebook səhifəmizdə