Yava adasında torpaq sürüşməsi: 40-dək insan itkin düşüb

Yava adasında torpaq sürüşməsi: 40-dək insan itkin düşüb

İndoneziyanın Yava adasında torpaq sürüşməsi nəticəsində 20-dən çox insan həlak ola bilər. Associated Press agentliyinin yaydığı məlumata görə, torpaq sürüşməsi şənbə günü səhər saatlarında Şərqi Yava vilayətindəki kənddə qeydə alınıb. Təbii fəlakət nəticəsində 30-a yaxın ev torpaq altında qalıb. Şahidlər 40-dək insanın itkin düşdüyünü bildirirlər. Hadisə yerində xilasedicilər, əsgərlər, polislər və volontyorlar işləyirlər.

Mövsümi yağışlar İndoneziyada milyonlarla insanın yaşadığı dağlıq və çay sahillərində yerləşən düzənlik rayonlarında daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə