ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır?

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır?

ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edilib. APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sənəd kiberhücumlar və Rusiya hökumətinin hər hansı aqressiv hərəkətlərinə cavab olaraq yeni sanksiyaların tətbiqini nəzərdə tutur.

Qanun layihəsi Respublikaçılar partiyasının təmsilçisi Aleks Muni tərəfindən təqdim edilib. Hazırda sənəd ilkin müzakirə mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə