“Rusiya- ABŞ münasibətlər “soyuq müharibə” dövründəkindən daha pisdir” Peskov

“Rusiya- ABŞ münasibətlər “soyuq müharibə” dövründəkindən daha pisdir” Peskov

Rusiya ilə ABŞ arasında münasibətlər "soyuq müharibə" dövründəkindən daha pisdir. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABC kanalına açıqlamasında deyib. İki ölkənin yeni "soyuq müharibə" vəziyyətində ola bilməsi barədə suala cavabında Peskov vurğulayıb: "Yeni "soyuq müharibə?" Hətta bəlkə daha pis".

Onun sözlərinə görə, prezidentlər Vladimir Putin və Donald Trampın görüşü iki ölkənin əlaqələrinin yaxşılaşmasına kömək edə bilər: "Hesab edirəm ki, əgər iki prezident görüşüb fikir mübadiləsi aparsa və dialoqu bərpa etmək istəsələr, onda bizim ikitərəfli əlaqələrimizin yaxşılaşması üçün bir şans var".

Bütün xəbərlər Facebook səhifəmizdə