Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərində partlayış nəticəsində ölənlərin sayı azı 15 nəfərə çatıb. Daha 100-dək insanın zərər çəkdiyi bildirilir. Bu barədə Geo TV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Hadisə cümə günü səhər saatlarında şəhər bazarında baş verib.
Partlayışın səbəbi hələlik dəqiq bilinməsə də, siyasi analitiklərin fikrincə, söhbət terror aktından gedir. Ehtimal edilir ki, hücumun hədəfi bazara gələn insanlar deyil, yaxınlıqdakı məscidə toplaşan möminlər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB