Böyük Britaniyada göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb. APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, "Twin Squirrel" markalı şəxsi helikopter İrland dənizi üzərində radarlardan itib. Hadisə Uelsin Kaernafon şəhəri yaxınlığında baş verib. Milton Kins şəhərindən Dublinə uçan helikopterin tapılması üzrə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Məlumata görə, xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB