"Mosulun bərpası üçün böyük məbləğdə vəsait tələb olunur. Lakin İraq hakimiyyəti bu günə qədər hələ dəqiq məbləği müəyyən edə bilməyib". SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İraq prezidenti Fuad Məsum müsahibəsində bildirib. Onun sözlərinə görə, itkilərin qiymətləndirilməsi üçün İraqın müxtəlif hökumət qurumlarının iştirakı ilə komissiyanın formalaşdırılması zəruridir: "Məlumdur ki, Mosulda infrastruktur demək olar ki, tamamilə məhv edilib. Əgər biz İraqı yenidən ciddi şəkildə bərpa etməyə başlasaq, bu, böyük bir məbləğ tələb edir. Neft və qazdan asılılığı nəzərə alsaq, qiymətlər də əvvəlki kimi olmayacaq. Lakin bərpa işləri ağlabatan şəkildə həyata bilər".
Prezident deyib ki, İraq bu prosesdə iştirak etmək istəyən bütün dövlətlərə öz əlini uzadır: "Amerikadan Rusiyaya kimi, bütün Avropa, Şərq və Qərb ölkələrinə üzümüzü tutub dəstək xahiş edirik ki, bu böhranı aradan qaldıra bilək. Biz istəyirk ki, İraq özü bir neçə ildən sonra ehtiyacı olan ölkələrə və xalqlara kömək göstərə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB