ABŞ-da 22 yaşlı polisi öldürdülər

ABŞ-da 22 yaşlı polisi öldürdülər

ABŞ-ın Oklahoma ştatında 22 yaşlı polis silahlı atışma nəticəsində öldürülüb. Axar.az xəbər verir ki, hadisə ştatın Oklahoma Siti şəhərində baş verib. Belə ki, qaçmağa çalışan şəxs işıqforda dayanan zaman Castin Törni adlı polisə atəş açıb.

Ağır yaralanan polis əməkdaşı az sonra xəstəxanada həyatını itirib. Qeyd edək ki, şəhərin polis idarəsinin yaydığı açıqlamada cinayətkarın yaralı olduğu və şəxsiyyətinin hələ ki, müəyyənləşdirilmədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə