Putinin köməkçisi: "Kreml mitinqlərin miqyasını diqqətlə analiz edir”

Putinin köməkçisi: "Kreml mitinqlərin miqyasını diqqətlə analiz edir”

Kreml dünənki mitinqlərin miqyasını diqqətlə analiz edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Qeyd edək ki, dünən Rusiyada hökumət əleyhinə genişmiqyaslı mitinqlər keçirilib. Etirazçılar Baş nazir Dmitri Medvedyevi istefaya getməyə, hökuməti korrupsiyaya son qoymağa çağırıblar. Aksiyalar zamanı 1000-dən çox şəxs həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə