Moskvada Putinə qarşı çıxan müxalif siyasətçiyə 15 sutka həbs verib

Moskvada Putinə qarşı çıxan müxalif siyasətçiyə 15 sutka həbs verib

Moskvanın Tver rayon məhkəməsi müxalif siyasətçi Aleksey Navalnıya 15 sutka həbs verib. Axar.az xəbər verir ki, Navalnı polis əmrinə itaətsizlikdə günahlandırılıb. Qeyd edək ki, dünən Rusiyada hökumət əleyhinə genişmiqyaslı mitinqlər keçirilib. Etirazçılar Baş nazir Dmitri Medvedyevi istefaya getməyə, hökuməti korrupsiyaya son qoymağa çağırıblar. Aksiyalar zamanı 1000-dən çox şəxs saxlanılıb.

Navalnı dünənki mitinqlərin əsas təşkilatçılarından biri sayılırdı. Məhz o, mitinqlərin başlanmasına şərait yaradan "O, sizin üçün Dimon deyil" filminin müəllifi olub. Filmdə Medvedyevin korrupsioner olduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə