Miqrant ovçusuna çevrilmiş iqrçi bolqarın lüks həyatı BAŞINA PUL QOYULUB

Miqrant ovçusuna çevrilmiş iqrçi bolqarın lüks həyatı BAŞINA PUL QOYULUB

Türkiyədən Bolqarıstana qanunsuz yollarla keçməyə cəhd edən suriyalı qaçqınları bu ölkədən geri qovan bolqar iqrçi Dinko Valev öz vətənində "qəhrəmana" çevrilib. Belə ki, aşırı sağçılardan və ultra millətçilərdən dəstək alan Dinko Valev artıq bu işinə görə varlanıb, hətta onun qazandığı pullar müqqbilində helikopter aldığı da deyilir.

SİA-nın məlumatına görə, bolqar irqçi ilə bağlı xəbər yayan "BBC Türkçe" yazır ki, həvəskar güləşçi olan Dinko Valev Bolqarıstanın son ayların ən tanınmış adamlarından birinə çevrilib.

Türkiyə rəshəddi ilə qonşu olan Jambol vilayətində yaşayan Valev, dörd təkərli motosikleti ilə miqrant ovuna daha öncələr idman etmək məqsədi ilə çıxırmış. Sonra isə o çıxış etdiyi BTV dövlət televiziyasının proqramlarının birində açıq şəkildə Bolqarıstan hakimiyyətini tənqid edərək deyib ki, əgər dövlət öz vətəndaşlarını miqrant selindən qoruya bilmirsə, bu zaman iş ona və onun kimilərə düşür. Hətta onun TV-də "Dövlət bizi qorumazsa, biz özümüzü qoruyacağıq" ifadələri bolqar ultra sağçılarının şüarına çevrilib.

Dinko Valev iki dostuyla "No Bulgaria! Go bacj to Turkey!" (Bolqarıstana yox, Türkiyəyə geri dönün) deyərək sərhəddi keçməyə çalışan miqrantları necə qovaladıqlarını anladır.

Həmçinin, iqrçi bolqar "miqrant ovu" dəstəkçilərini də hərəkətə gətirib. Məsələ ondadır ki, şəhər və qəsəbələrdəki insanlar bunu kampaniya şəklinə salaraq Velev üçün pul toplayırlar. O da bu pullarla hərbi maşınlar və s. avadanlıqlara alaraq xalqı daha çox dəstək verməyə səsləyir.

Artıq onu tanıyanlar irqçi bolqarın bəzi sirrlərini də aşkara çıxarıblar. Onlar deyirlər ki, Dinko Valev əldə etdiyi pullar hesabına özünü lüks həyatını da unutmur. Lakin miqrantlara qarşı sürdürülən fəaliyyət üçün verdiyi yardımlarla 200 min avroluq son model bir avtomobil satın aldığı deyilən Dinko Valev üçün onun bəzi dəstəkçiləri "O, bunu haqq edir, çünki həyata keçirdikləri ilə artıq terrorçuların da hədəfinə tuş gəlib"-deyə bildirirlər. Belə ki, deyilənlərə görə, artıq Suriyanın radikal dini derrorçuları bu irqçi bolqarın başına elə də kiçik olmayan məbləğdə pul qoyublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə