Türkiyədə terrorla mübarizə çərçivəsində əməliyyatlar RƏSMİ XRONİKA

Türkiyədə terrorla mübarizə çərçivəsində əməliyyatlar RƏSMİ XRONİKA

Türkiyənin daxili işlər nazirliyinin rəsmi məlumatına görə, ölkə üzrə keçirilən anti-terror əməliyyatları zamanı 46 terrorçu öldürülüb, 10 nəfər isə sağ olaraq ələ keçirilib.

Rəsmi açıqlamada bildirilir ki, Jandarma Özəl Hərəkat (JÖH), Jandarma Komando Birlikləri (JKB) və Polis Özəl Hərəkatı (PÖH), eləcə də Türkiyə silahlı qüvvələrinə məxsus hava qüvvətləri və piyadalar 311 əməliyyat keçirib. Yuxarıda qeyd edilən rəqəmlərlə yanaşı, terror təşkilatlarına yardım dən 551 nəfər şəxs də saxlanılıb.

Əcnəbi terrorçularla mübarizə çərçivəsində "İŞİD"lə əlaqəsi olan 42 nəfər, PETÖ və PYD ilə mübarizə çərçivəsində isə 210 nəfər saxlanılıb.

Həmçinin, sol təmayüllü terror təşkilatları ilə mübarizə çərçivəsində 11 nəfər həbs edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə