Yüngül motorlu şəxsi "Cessna Citation" təyyarəsi Corciya ştatının Kobb dairəsində yaşayış evinin üzərinə düşərək qəzaya uğrayıb. SİA xəbər verir ki, "RİA Novosti" saytı ABŞ-ın "Fox" telekanalına istinadən məlumat yayıb.
"Mən səmaya baxdım və təyyarə gördüm. Lakin mən heç bir səs eşitmədim. Sadəcə gördüm ki, təyyarə öz oxu ətrafında fırlanır. Sonra o sürətlə aşağıya doğru hərəkət etdi və biz partlayışın baş verəcəyini düşünərək qulaqlarımızı yumduq"-deyə hadisənin şahidi jurnalistlərlə söhbətində bildirib.
Telekanalın məlumatına görə, təyyarə Fulton Kaunti aeroportuna tərəf istiqamət götürmüşdü. Qəzanın səbəbləri araşdırılır. Təyyarənin düşdüyü evin sakinləri xəsarət almayıblar. Pilotun isə həyatını xilas etmək mümkün olmayıb.
Qəzanın baş verməsini əks etdirən videogörüntülərə bu linkdən daxil ola bilərsiniz.
https://ria.ru/world/20170325/1490804324.html
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB