Çində yük maşını məktəbliləri vurub

Çində yük maşını məktəbliləri vurub

Çinin Quanqsi-Çjuanq muxtar rayonunda yük maşını ibtidai məktəb şagirdlərini vurub. Hadisə nəticəsində azı 3 azyaşlı ölüb, daha ikisi xəsarət alıb. SİA RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Məktəblilərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada həyatını itirib. Yaralanan şagirdlərin müalicəsi davam etdirilir.

Qəzanı törədən sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə