Yaponiyada zəlzələ olub

Yaponiyanın Okinava prefekturasında 5,1 bal gücündə zəlzələ baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Okinava şəhərindən 85 km şimal-qərbdə, ocağı isə 90 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə