İŞİD Rusiya əsgərlərinə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Rusiya əsgərlərinə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə "SITE Intellegence Group" xəbər yayıb. "SITE Intellegence Group" terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır. Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə