Misirin keçmiş lideri Hüsnü Mübarək bu gün hərbi hospitalı tərk edib. "Röyter" nəşri xəbər verir ki, bu haqda məlumatı onun vəkili Fərid əd-Dib açıqlayıb. Xatırladaq ki, Hüsnü Mübarək 2011-ci ildə Misirdə baş verən inqilab nəticəsində devrilmişdi. Həmin vaxt həbs olunan Misirin keçmiş prezidenti 6 il həbsxanada qalıb. Bir müddət öncə məhkəmə eks-liderin azadlığa çıxması barədə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB