"Voronenkov Rusiya təhlükəsizlik qüvvələri üçün çox təhlükəli şəxs idi”

"Voronenkov Rusiya təhlükəsizlik qüvvələri üçün çox təhlükəli şəxs idi”

Denis Voronenkov öldürülməzdən əvvəl mənimlə görüşməliydi. Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiyanın eks-deputatı İlya Ponomaryov paylaşıb. "Denis Voronenkov saat 11:25-də "Premyer Palas"da öldürülüb. O, mənimlə görüşə gəlirdi. Nə deyəcəyimi bilmirəm. Mühafizəçi ona hücum edəni yaralamağı bacarıb. Voronenkov Rusiya təhlükəsizlik qüvvələri üçün çox təhlükəli şəxs idi", – deyə o bildirib.

Qeyd edək ki, Ponomaryov Rusiya Dumasının eks-deputatıdır. 2014-cü ildə Dumada Krımın anneksiyasının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra o, ABŞ-a gedib, 2016-cı ildə isə Ukraynadan sığınacaq alıb. Rusiya eks-deputatı beynəlxalq axtarışa verib. Rusiya Dumasının eks-deputatı Voronenkov dünən Kiyevdə oteldə qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə