Almaniyalı diqlomat Xarici İşlər Nazirliyinə çağrılıb

Almaniyanın Ankara səfirliyinin müvəqqəti işlər vəkili, Alman Kəşfiyyat Təşkilatı (BND)-nin rəhbəri Bruno Kahlın “15 İyul çevriliş cəhdinin arxasında fətonun olduğuna qane olmadıqlarını” ifadə etməsinə görə Xarici İşlər Nazirliyinə çağırılıb.
Almaniyalı diqlomat Xarici İşlər Nazirliyinə çağrılıb

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında: "Almaniya Kəşfiyyat Təşkilatının rəhbəri tərəfindən səsləndirilən sözlərə görə reaksiyamızı çatdırdıq. Çevrilişçilərin Fəto əlaqələrini ortaya qoyan ifadələri, çevriliş cəhdindən əvvəl və həmin qanlı gecə öz aralarında etdikləri ünsiyyət qeydləri, Akıncılar bazasında tutulan fətoçular daxil olmaqla bütün dəlillər aşkardır. Mənsubu olduqları FƏTO-nun məqsədləri istiqamətində hüququn əsas prinsiplərini tapdalayan, legitim olmayan dinlemeler və saxta sənədlərlə minlərlə məsum insana haqsızlıq edən bir çox prokuror, hakim və polis başda olmaqla, yüzlərlə FƏTO-çu hələ də Almaniyada yaşayır. Bütün bunlara baxmayaraq Almaniyanın kəşfiyyat təşkilatı rəhbərinin belə sözlər səsləndirməsi, Almaniyanın FƏTO-ya dəstəyini ifşa edir" deyə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə