Nigeriya və Somalidə bombalı hücumlar törədilib

Nigeriya və Somalidə həyata keçirilən hücumlarda ilk məlumatlara görə 28 nəfər həyatını itirib.
Nigeriya və Somalidə bombalı hücumlar törədilib

Nigeriyanın Benu əyalətində, şəxsiyyəti naməlum silahlıların törətdiyi hücumda 20 nəfər də yaralanıb.

Rəsmi orqanlardan əldə edilən məlumata görə, hadisə bir qrup motosikletli silahlı tərəfindən törədilib.

Bölgədə son zamanlarda, Fulani çobanları ilə Benu fermerləri arasında baş verən qarşıdurmalarda 300-dən çox insan həyatını itirib.

Dövlət Başçısı Məhəmməd Buxari hücumu qınayıb və hadisə ilə əlaqədar istintaq başladılması haqqında təlimat verib.

Somalinin paytaxtı Moqadişuda da prezident administrasiyasının yaxınlığında bomba yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə