Londonda terror: 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Londonda terror: 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Böyük Britaniyada baş verən terror aktında terrorçu da daxil olmaqla 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb. "Euronews" telekanalı xəbər verir ki, bu barədə Scotland Yard Metropoliten polisinin rəsmisi Mark Louley açıqlamasında bildirib.

Onun sözlərinə görə, faciəvi hadisə ilə bağlı əməliyyat bir neçə gün çəkə bilər. "Londonda təhlükəsizliyin təmin edilməsi üçün ehtiyac yaranacağı təqdirdə silahlı qüvvələrin şəxsi heyətindən də istifadə olunacaq", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə