ABŞ prezidenti Donald Tramp NATO-nun mayın 25-də Brüssel şəhərində keçiriləcək sammitində iştirak edəcək. Bu barədə Ağ evin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda bildirilir: "Prezident Tramp NATO-ya olan möhkəm bağlılığımızı sübut etmək və terrorçuluqla mübarizədə NATO-nun rolu və müttəfiqlər arasında məsuliyyətin bölüşdürülməsini müzakirə etmək üçün müttəfiqlər ilə görüşü səbrsizliklə gözləyir".
Qeyd edək ki, builki NATO sammiti dar çərçivədə keçiriləcək. NATO-nun bundan öncəki sammiti keçən ilin iyulunda Varşavada keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB