Hüsnü Mübarək azadlıqda

Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb. SİA-nın məlumatına görə, bu barədə Misir mətbuatı yazır. Qeyd edək ki, Misir Baş Prokurorluğu martın 13-də Kassasiya Məhkəməsinin H. Mübarəkin azadlığa çıxması barədə qərarını bəyənib. Məhkəmə sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə