Qərbi Mosulda beynəlxalq koalisiyanın hərbi təyyarələri 6 İŞİD liderini məhv edib. Bu barədə İraqın müdafiə nazirliyinin məlumatında deyilir. Məhv edilənlərin arasında "Tarek ben Ziyad" briqadasına başçılıq edən Rusiya vətəndaşı Abdel Kərim ər-Rusinin olduğu da bildirilir. Onunla birgə İŞİD iyerarxiyasında yüksək mövqe tutan iki Mərakeş, bir Fransa, Böyük Britaniya və Türkiyə vətəndaşı öldürülüb.
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB