İstanbulun Atatürk hava limanında iki təyyarəni ildırım vurub. Bu barədə Türkiyənin Dogan agentliyi məlumat yayıb. Hadisə təyyarələrin hər ikisi eniş edərkən baş verib. İstanbulda güclü yağışlar davam edir. İldırım birinci təyyarəni vurduqdan sonra dispetçerlər digər təyyarəyə xəbərdarlıq ediblər. Lakin pilotlar ikinci dövrəyə getsələr də təyyarəni ildırımdan qaçıra bilməyiblər.
Hər iki hava gəmisinin uğurla eniş etdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB