Sankt-Peterburqda yaşayış binası yanıb, 4 nəfər ölüb

Sankt-Peterburqda yaşayış binası yanıb, 4 nəfər ölüb

Sankt-Peterburq şəhərində mənzildə baş verən yanğında biri uşaq olmaqla dörd nəfər həlak olub. Bu barədə TASS agentliyi məlumat yayıb. Üçotaqlı mənzildə baş verən yanğından sonra xilasedicilər 2 qadın və bir kişinin cəsədini tapıblar. Aşkar olunarkən sağ olan 4 yaşlı uşaq isə xəstəxanada keçinib. Mənzil sakinlərinin dəm qazından boğulduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə