Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində PKK-nın 2 yüksək rütbətli üzvü məhv edilib. Axar.az xəbər verir ki, "Baver" və "Firaz" kod adlı terrorçuların müxtəlif vaxtlarda qanlı təxribatlarda iştirak etdiyi öyrənilib. Ağrı valisi Musa İşının sözlərinə görə isə, sözügedən PKK-çıların öldürülməsi şəbəkə daxilində çöküşə səbəb olacaq.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi həmin terrorçuların başlarına 300 min türk lirəsi mükafat təyin etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB