Kraliça “Brexit” haqqında qanunu təsdiqləyib

Kraliça “Brexit” haqqında qanunu təsdiqləyib

Böyük Britaniya kraliçası II Yelizaveta ölkənin Avropa İttifaqını tərk etməsini nəzərdə tutan qanunu təsdiqləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bununla da Brexit qanuni qüvvəyə minib. Kraliçanın qərarından sonra baş nazir Tereza Mey Aİ-dən çıxmağı nəzərdə tutan Lissabon müqaviləsinin 50-ci maddəsini işə sala bilər. Hökumət hələ ki, "Brexit" prosedurasının işə salınma tarixi və detalları barədə məlumat vermir. "Brexit"in martın 27-də işə salınacağı güman edilir.

London ilə Brüssel arasında danışıqlar 2 il davam edəcək. Bu isə o deməkdir ki, Böyük Britaniya Aİ-dən 2019-cu ilin yazında çıxa biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə