İraqda partlayış: 8 nəfər ölüb, 52 nəfər xəsarət alıb

İraqda partlayış: 8 nəfər ölüb, 52 nəfər xəsarət alıb

Dünən İraqın Tikrit şəhərində partlayış baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, minalanmış avtomobilin partladılması nəticəsində azı 8 nəfər ölüb, 52 nəfər xəsarət alıb. Avtomobil şəhərin tibb müəssisələri yerləşdiyi küçədə partladılıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə