Danimarka şahzadəsi, kraliça Marqretin qaynı Riçard Berleburqski 82 yaşında vəfat edib. APA-nın verdiyi xəbərə görə, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.
Tam adı Riçard Kazimir Karl Avqust Konstantin Sayn Vitqeynşteyn-Berleburq olan şahzadə Riçardın uzun müddət səhhətindəki problemlərdən əziyyət çəkib. O, 2003-cü ildə Almaniyada dəri xərçəngindən müalicə olunub, bir müddət sonra isə onda bədxassəli şişin olduğu müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB