Binəli Yıldırımla iraqlı həmkarı arasında telefon danışığı olub

Binəli Yıldırımla iraqlı həmkarı arasında telefon danışığı olub

Türkiyə Baş naziri Binəli Yıldırımla iraqlı həmkarı Heydər Abadi arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, telefon əlaqəsi zamanı İŞİD-ə qarşı mübarizə yolları və Başika düşərgəsindəki türk əsgərlərin vəziyyəti müzakirə edilib. Yıldırım terrorçularla mübarizədə koalisiya daxilində güclü əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə