Baş katib vəzifəsinə namizədlər bu gün çıxış edəcək

Baş katib vəzifəsinə namizədlər bu gün çıxış edəcək

ATƏT-in baş katibi vəzifəsinə namizədlər bu gün çıxış edərək öz proqramlarını təqdim edəcəklər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu vəzifəyə beş namizəd var. Onlar Belarusun ATƏT yanında daimi nümayəndəsi Yelena Kupçina, Qazaxıstanın keçmiş xarici işlər naziri Erlan İdrisov, ATƏT PA-nın sabiq rəhbəri Finlandiyanın sabiq XİN rəhbəri İlke Kanerva, Avropa İttifaqının genişlənmə üzrə sabiq komissarı Ştefan Füle və İsveçrənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Tomas Qrinengerdir. Namizədlər çıxışları zamanı bu vəzifədə görəcəkləri işlərdən danışıb, sualları cavablandıracaqlar. Bundan sonra seçim başlayacaq.

Qeyd edək ki, hazırkı baş katib Lamberto Zaner 2011-ci ildən bu vəzifədə çalışır, onun müddəti cari ilin iyununda başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə