ABŞ qarşıdakı 20 il ərzində qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının ən böyük tədarükçüsü ola bilər. Bu barədə "Bloomberg"in hazırladığı hesabatda deyilir.
Kanadanın "Enbridge" enerji şirkəti və mərkəzi ofisi Hyustonda yerləşən LNG ixracı şirkəti "Tellurian" da bu proqnozu dəstəkləyir. Onlar digər şirkətlərin tez bir zamanda LNG bazarına qoşulmasının vacibliyini qeyd edirlər.
Hazırda qlobal LNG bazarı hər gün böyüyür və LNG təminatı getdikcə artır.
Ekspertlərə görə, bu bazara göz dikən ABŞ 2035-ci ilə qədər qlobal LNG bazarının lideri olan Avstriya və Qətəri geridə qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB