İraqın Mosul şəhərində İŞİD tərəfindən öldürülən 40-dan çox mülki şəxs və döyüşçülərdən ibarət kütləvi məzarlıq tapılıb. Axar.az xəbər verir ki, bu barədə yerli aktivist Muhanned Mahmud məlumat verib. Onun sözlərinə görə, məzarlıqda tapılan vəsiqədə öldürülənlərdən birinin polkovnik olduğu müəyyən edilib.
Xatırladaq ki, bundan öncə də terrorçular tərəfindən qətlə yetirilən yüzlərlə insanın kütləvi məzarlıqları aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB