AFR-in daxili işlər naziri Tomas de Mezyer Türkiyə siyasətçilərinin Almaniya ərazisində yaşayan ölkə vətəndaşları ilə görüşlər keçirməyə nail olmaq istəyinə görə martın 12-də Ankaranın ünvanına tənqidi fikirlər söyləyib.
De Mezyer deyib ki, "hər şeyin öz həddi var". Qanuni sərhədlər AFR Cinayət Məcəlləsində çox "dəqiqdir" və ətraflı yazılıb. Nazir deyib: "Almaniyanı, yaxud onun Əsas Qanununu təhqir edən və ya nüfuzdan salan şəxslər məhkəmə qaydasında təqib edilməlidir". Amma o, Türkiyənin, türk millətinin və ya Türkiyənin hökumət təsisatlarının təhqir edilməsinə görə cəza nəzərdə tutan Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsinin uzun illər Berlin tərəfindən tənqid edilməsi ilə onun indiki mövqeyi arasındakı fərqə aydınlıq gətirməyi unudub. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB