Latviyanın paytaxtı Riqada yanğın baş verib. SİA-nın ria.ru-ya istinadən məlumatına görə, yanğın səhər saatlarında "Juglas centrs" adlandırılan ticarət mərkəzində başlayıb.
Qeyd olunur ki, yanğınsöndürənlər gələnə qədər ticarət mərkəzində olanlar təxliyyə olunublar.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsindəki idman zalında başlayıb.
Hazırda yanğının söndürülməsində 40-dan çox canlı qüvvə və 11 yanğınsöndürən maşın iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB