Astanada növbəti Suriya danışıqları başlayır

Astanada növbəti Suriya danışıqları başlayır

Astanada keçiriləcək Suriya böhranına dair növbəti görüşlə bağlı bütün təşkilati məsələlər həllini tapıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib. O bildirib ki, görüş planlaşdırıldığı kimi, martın 14-15-də baş tutacaq. XİN rəhbərinin sözlərinə görə, 14 mart tarixində ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparılacaq. Martın 15-də isə plenar sessiyanın keçirilməsi planlaşdırılır. İordaniya görüşdə müşahidəçi qismində iştirak edəcək.

Qeyd edək ki, fevralın 15-16-da Astanada keçirilmiş danışıqların ikinci raundu zamanı İran, Rusiya və Türkiyənin iştirakı ilə tərəflər Suriyada atəşkəsə dair monitirinq qrupunun yaradılmasında razılığa gəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə