Haitidə ağır yol qəzası 34 nəfərin həyatına son qoydu

Haitidə ağır yol qəzası 34 nəfərin həyatına son qoydu

Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib. TASS informasiya agentliyinin məlumatına görə, yol qəzası nəticəsində 34 nəfər ölüb, 15-i xəsarət alıb. İnsident ölkənin şimalında yerləşən Qonaiv şəhərində qeydə olunub.

Qəzanın hansı səbəbdən baş verməsi barədə hər hansı məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə