Tacikistanın Vaxdat rayonunda yas mərasimindən gələn adamlarla dolu "ZİL" yük maşını qəzaya düşüb, altı nəfər həlak olub, 20-dən artıq insan yaralanıb. Vaxdat rayon daxili işlər şöbəsinin verdiyi məlumata görə yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, onlar Düşənbə və rayon xəstəxanalarına yerləşdirilib. Məlumata görə yük maşınının əyləc sistemi nasaz olduğundan sürücü idarəetməni itirib və maşın yarğana düşüb.
Bildirilir ki, ölənlərin hamısı gənclərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB