İran Rusiya ilə dənizdə yaxşı və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə can atır. Axar.az xəbər verir ki, bunu Mahaçqalada səfərdə olan İran Hərbi Dəniz Donanmasının komandanı Möhsün Şeydayi deyib. "Bu səfərin məqsədi konstruktiv əməkdaşlıq və sülhün gücləndirilməsinə xidmət edir. Biz sanksiyalar zamanı təhdidləri yeni fürsətlərə çevirməyimizlə fəxr edirik", - Şeydayi bildirib.
Qeyd edək ki, martın 9-da İran Hərbi Dəniz Donanmasının gəmiləri Rusiyanın Xəzər donanmasının Mahaçqaladakı limanına yan almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB