Niderlandın İstanbuldakı konsulluğu üzərinə Türkiyə bayrağı qaldırılıb

Niderlandın İstanbuldakı konsulluğu üzərinə Türkiyə bayrağı qaldırılıb

Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər. SİA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazır.rnrnMəlumata görə, aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.rnrnYarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə